











Su anbarları sahəsi: Siyirtmələr kamerası və xlorator binası da daxil olmaqla 4 ədəd beton su anbarının tikintisi; PLC/SCADA sisteminin quraşdırılması; yüksək gərginlikli elektrik xəttinin çəkilişi, transformatorun quraşdırılması və s elektrik işləri; su anbarı sahəsinin hasarlanması, gözətçi binasının tikintisi və ərazinin abadlaşdırılması.
Magistral su xətti: HDPE borudan (PN 10&16) magistral su xəttinin çəkilişi; polad borudan Təsi-Bədəlli magistral su xəttinin çəkilişi; xətti siyirtmələrin, hava vantuzları və təhliyyə kameralarının tikintisi və s.
Artezian quyuları: Quyu evlərinin tikintisi də daxil olmaqla 6 ədəd dərin artezian quyularının qazılması, boru kamerası, PLC sistemin, nasosların və 1000 kv gücündə transformatorun və generatorun quraşdırılması və s.
Su təmizləyici stansiya: Borulama daxil olmaqla Əks Osmos tipli sutəmizləyici qurğunun tikintisi, PLC sistemin quraşdırılması və elektrik işləri
Su şəbəkəsi: DN 90-315 mm PN 10 PE borudan şəhər şəbəkəsinin çəkilişi; xətti siyirtmə, su hidrantı və mexaniki su sayğaclarının quraşdırıması.
Kanalizasiya şəbəkəsi: DN 200- 600mm CHDPE borudan şəhər kanalizasiya şəbəkə və kollektorunun çəkilişi; DN 800-1200 mm yol boru keçidlərinin tikintisi DN 800, 1000 və 1500 mm-lik kanalizasiya və ev birləşmələri quyularının quraşdırılması
Su nasos stansiyası: Bədəlli nasos stansiyasının yenidən qurulması. Nasosların dəyişdirilməsi, PLC/ SCADA sisteminin qurulması və 10kV 630A yarım stansiyanın tikintisi.
Yol işləri:
Şəhərdaxili yolların yenidən asfaltlanması 92 000 m2
Yolun torpaq işləri 18 400 m3
Layihə çərçivəsində əsas işlərin təsviri:
Ümumi torpaq işləri - 562 450 m3
Ümumi beton işləri - 7386 m3
Ümumi boru işləri - 97 283 m
Ümumi dəmir işləri - 1477 ton
Ümumi elektrik işləri - 20000 metr